XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Əli Əhmədov pozuntulardan danışdı

Əli Əhmədov pozuntulardan danışdı

Əli Əhmədov pozuntulardan danışdı
22-06-2017, 12:02

“Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb”.

Bunu Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclasında bildirib. Ə. Əhmədov qeyd edib ki, bir aydan çox müddətdə əmək münasibətləri tənzimlənməyən 1965 nəfər insan aşkar edilib. Həmən şəxslərin əmək fəaliyyəti rəsmiləşdirilib. Aşkar edilən şəxslərin əksəriyyəti ticarət sahəsində fəaliyyət göstərənlərdir. Belə ki, 1965 nəfərdən 732 nəfəri ticarət, 342 nəfəri digər xidmət sahələrində, 316 nəfəri istehsal, 292 nəfəri iaşə, 86 nəfəri sənaye və tikinti materiallarının pərakəndə satışı, 75 nəfəri topdansatış ticarət sferasında, 57 nəfəri tikinti, 45 nəfəri rabitə və nəqliyyat, 20 nəfəri isə təhsil, səhiyyə və maliyyə sahələrində əmək fəaliyyəti tənzimlənmədən çalışıb.

Baş nazirin müavini qeyd edib ki, qeyri-rəsmi məşğulluqla bağlı əsas iqtisadi fəaliyyət bölgələr üzrə Bakının payına düşür. Aşkarlanan 1965 nəfərdən 1263 nəfəri Bakıda fəaliyyət göstərib. Yerdə qalan 702 nəfər isə bölgələrdə çalışanlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.