SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Əli Əhmədovdan sahibkarlara xəbərdarlıq

Əli Əhmədovdan sahibkarlara xəbərdarlıq

Tarix:

20-06-2017, 12:31

/ 58 929 dəfə oxundu.
Əli Əhmədovdan sahibkarlara xəbərdarlıq

“Hökuməti narahat edən əsas problemlərdən biri də “qara mühasibatlığ”ın mövcudluğudur”.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov Sumqayıtda “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası” mövzusunda tədbirdə deyib.

O bildirib ki, 2016-cı ildə Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 921 milyon manat vəsait daxil olub. Bunun da 1 milyon 500 min manatı muzdlu işçilərinin hesabına, 7 milyon 850 min manatı sosial ödənişlərin hesabına formalaşıb.

Azərbaycan iqtisadiyyatının son 12 ildə 3,5 dəfə artdığını vurğulayan Ə.Əhmədov yoxsulluq həddinin 50%-dən 5-6%-dək azaldığını deyib: “Bu illər ərzində 1,5 milyon yeni iş yeri açılıb. Kənd və şəhər infrastrukturun yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülüb. Azərbaycan iqtisadiyyatında köklü islahatlar aparılması nəzərdə tutulub. Prezidentin tapşırıqlarına uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı addımlar atılıb. Bu gün Azərbaycan əhalisinin sayı 10 milyon nəfər, məşğul əhalinin sayı isə 4,6 milyon nəfərdir. Məşğul əhalinin 33%-i əmək münasibətləri ilə tənzimlənib. Başqa sözlə, məşğul əhalinin 67%-i əmək münasibətləri ilə tənzimlənmir”.

Şərhlər

XƏBƏR LENTİ