SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Mehriban Əliyeva birinci xanımlarla bir arada - Fotolar

Mehriban Əliyeva birinci xanımlarla bir arada - Fotolar

Tarix:

14-12-2022, 20:59

/ 298 dəfə oxundu.
Mehriban Əliyeva birinci xanımlarla bir arada - Fotolar

Mehriban Əliyeva birinci xanımlarla bir arada - Fotolar


Bu gün Türkmənbaşı şəhərində Azərbaycan , Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycanın  birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyənin  birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.

Türkmənistanın təsviri və dekorativ sənət əsərləri sərgisi 11 bölmədən ibarətdir.

Sərginin bölmələrində türkmən xalqının bütün dünyada məşhur xalça və xalça məhsulları, keşdə üslubunda hazırlanmış milli qadın geyimləri, qadınlar üçün milli zinət əşyaları, o cümlədən üzük, sırğa, bilərzik və digər aksesuarlar, türkmən qadın rəssamlarının əsərləri və əl işləri nümayiş olunur.

Eyni zamanda, sərgidə milli “ume” ayini icra olundu, türkmən təbiətinin gözəlliyini və xüsusiyyətlərini əks etdirən xalçalar təqdim edilib.

Sonra türkmən qızlar folklor mahnıları ifa etdilər, toy adət-ənənələri təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edilib.

















Şərhlər

XƏBƏR LENTİ