SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdini təbrik etdi

Tarix:

23-06-2017, 16:39

/ 168 420 dəfə oxundu.
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdini təbrik etdi

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudaya Krallığın Vəliəhdi seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Məlumatına əsasən, təbrik məktubunda deyilir:

“Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, belə möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram.

Fürsətdən istifadə edərək müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

Şərhlər

XƏBƏR LENTİ