SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Heç kim İlham Əliyevə müqavimət göstərə bilməyib - Ermənistan nəşri

Heç kim İlham Əliyevə müqavimət göstərə bilməyib - Ermənistan nəşri

Tarix:

30-04-2022, 10:20

/ 199 dəfə oxundu.
Heç kim İlham Əliyevə müqavimət göstərə bilməyib - Ermənistan nəşri

Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti yalnız bir bəlli səbəbə görə mümkün olub - Ermənistanda müstəqillik əldə etdikdən sonra Prezident İlham Əliyev səviyyəsində siyasətçi olmayıb.

Bu barədə Ermənistanın “Armenian Report” nəşrində dərc olunan məqalədə deyilib.

Müəllifin fikrincə, Levon Ter-Petrosyan digərlərindən daha çox obyektiv göstəricilərə görə Ermənistanın ən uğurlu dövlət başçısı adına uyğun gəlir:

"Amma o, “torpağın bir hissəsinin müqabilində sülh” prinsipinə bağlı olan ideyanı da ortaya qoyub. O, sonda getdi və iyirmi ildən çox xalqı aldadaraq qarət edənlərə yol verib. Bəli, Robert Köçəryan və Serj Sarkisyan dollar multimilyonerinə çevriliblər. Onlar belə bir mif yaradıblar ki, bizim ordumuz düşmən ordusunu məğlub etməyə qadirdir. Bunların heç biri olmayıb. Hətta Rusiya bizi dəstəkləməyib. Hətta KTMT. Baxmayaraq ki, Ermənistanın geosiyasi manevrlər üçün real imkanını itirərək Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulub. Biz Rusiyadan tam asılı ölkə statusu aldıq", - deyə məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, artıq mövcud olan şəraitdə N.Paşinyanın xüsusi variantları yoxdur:

"Həm də təkcə onun, həm də rəqiblərin də. İndi onlar indiki hakimiyyəti istədikləri qədər tənqid edə bilərlər, amma bu, sadəcə olaraq, daxili siyasi gündəmdir. Onlar hakimiyyətə gəlsələr bütün yeni reallıqlarla razılaşmalı olacaqlar. Bir müddət vaxtı uzatmağa cəhd etmək olar, amma bu, sonda heç nəyi dəyişməyəcək. Və bilirsiz niye? Çünki biz hər zaman aldanırdıq. Şüurlu və ya axmaq, amma sonda qaydaları Bakının qoyduğu oyunu oynadıq".

Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz məqsədinə nail olub və heç kim ona müqavimət göstərə bilməyib. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun hamısını sadəcə olaraq heyrətlənməyə məcbur edib.

Şərhlər

XƏBƏR LENTİ