SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Sülhməramlıların yanında erməni necə “atəşkəsi” pozur?

Sülhməramlıların yanında erməni necə “atəşkəsi” pozur?

Tarix:

18-04-2022, 09:41

/ 346 dəfə oxundu.
Sülhməramlıların yanında erməni necə “atəşkəsi” pozur?



Rusiya MN-nin Ermənistanın atəşkəsi pozması ilə bağlı verdiyi bəyanat bir daha rus sülhməramlılarının bu problemi nizamlamaq niyyətində olmadığını göstərir.

Xalqxeber.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri  hərbi ekspert Ədalət Verdiyev deyib.

“Rus sülhməramlıları onların nəzarətində olan ərazidə erməni silahlılarının nə işi olduğuna aydınlıq gətirməlidir. 17 ay bundan öncə ərazidən çıxarılmalı olan erməni silahlı dəstələrinin niyə hələ də orda qalması sualını hələ heç bir Rusiya dövlətinin rəsmisi cavablandıra bilməyib. Sözügedən məlumat onu göstərir ki, biz Rusiya sülhməramlılarının ümidinə qalsaq, Qarabağda bir çox təxribata hələ çox şahidlik edəcəyik. Odur ki, Azərbaycan Silahlı Qüvvələri bütün gücü və potensialı ilə əsgərlərimizə, mövqelərimizə atəş açan erməni mövqelərinə zərbələr endirməli, orada bayrağımızı dalğalandırmalıdır”, - ekspert qeyd edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının nəzarətində olan hissəsində erməni silahlılarının “atəşkəsi pozduğunu” bildirib

Şərhlər

XƏBƏR LENTİ