SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hikmət Hacıyev Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşüb - FOTO

Hikmət Hacıyev Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşüb - FOTO

Tarix:

24-05-2021, 18:14

/ 459 dəfə oxundu.
Hikmət Hacıyev Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri ilə görüşüb.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Twitter"də bildirib.
Almaniyalı diplomatın sözlərinə görə, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın dəvəti ilə baş tutan görüşdə regional sülh perspektivləri, Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələri barədə müzakirələr aparılıb.

Şərhlər

XƏBƏR LENTİ