SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Azərbaycan öz öhdəliklərinə sadiqdir" - Dövlət başçısı

"Azərbaycan öz öhdəliklərinə sadiqdir" - Dövlət başçısı

Tarix:

23-02-2021, 17:14

/ 593 dəfə oxundu.
"Azərbaycan öz öhdəliklərinə sadiqdir" - Dövlət başçısı

"Azərbaycan öz öhdəliklərinə sadiqdir. Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq".

Bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən deyib.

"Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz", - dövlət başçısı bildirib.

Şərhlər

XƏBƏR LENTİ