"Sizin dəstəyiniz Azərbaycanda yüksək qiymətləndirilir" - Prezident
"Çox şadam ki, Azərbaycana gəlmisiniz. Ötən il keçirilməsi planlaşdırılan Qlobal Forum pandemiya səbəbindən təxirə salındı. Bu, başadüşüləndir. Lakin, eyni zamanda, mən bilirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, sözsüz, bütün məhdudiyyətlər nəzərə alınaraq öz fəaliyyətini davam etdirib".
Bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən deyib.
"Mən sizə də, xanım həmsədr Vayra Vike-Freyberqaya da Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə ünvanlanmış səmimi məktubunuza görə minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı və müharibədən sonra dəstək məktublarınız, Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniz ölkəmizdə yüksək qiymətləndirilir. Mən torpaqlarımızın azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə olduqca minnətdaram", - dövlət başçısı bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək