SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Bunlar ermənilərdən geri qalmayan qüvvələrdir” – Çingiz Qənizadə

"Bunlar ermənilərdən geri qalmayan qüvvələrdir” – Çingiz Qənizadə

Tarix:

22-01-2021, 17:21

/ 700 dəfə oxundu.
"Bunlar ermənilərdən geri qalmayan qüvvələrdir” – Çingiz Qənizadə

"Avropada yaşayıb, Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan Sülh və Demokratiya İnstutunun direktoru Leyla Yunus yenə də öz ampluasındadır. Bu dəfə o, 146 nəfərlik siyahını Avropa institutlarına təqdim edib. Demək istəyirəm ki, Avropada olub, burada baş verən prosesləri necə görür, hansı məhbusun ailəsi ilə görüşüb, nəyə görə bu qənaətə gəlib, təbii ki, bunlar hamısı insanlarda suallar doğurur”.

Bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

“Bu insan həmişə mətbuatda gedən informasiyaları toplayıb, məhbus siyahısı hazırlamaqla məşğul olub. Azərbaycanda hər hansı bir məhbusun tutulması ilə bağlı müxtəlif fikirlər ola bilər və belə hallarda hüquq müdafiəçilərinə olunan müraciətlər əsasında ittiham aktları, məhkəmə hökmləri, saxlanma protokolları ilə tanış olub və bunun nə qədər qanuni və hüquqi olduğunu aydınlaşdırırıq. Bununla bağlı Azərbaycanda artıq formalaşmış məhbus problemləri ilə bağlı yaradılan “İşçi Qrupu”nda müəyyən müzakirələr aparırıq, kimin və nəyin haklı olduğu yerindəcə müzakirə olunur. Amma, Leyla Yunus kimi adamlar xaricdən qrantlar almaq məqədi ilə bu cür siyahılar hazırlamaq, avropalı qohum-əqrəbalarının, tanışlarının yanında hörmət, nüfuz qazanmaq və pul qoparmaq xatirinə belə qərəzli siyahılar hazırlamaqla əslində həm pul qazanırlar, həm də Azərbaycanın imicinə zərər vururlar”.

Hüquq müdafiəçisinin sözlərinə görə, belə qüvvələr heç də ermənilərdən geri qalmır: “Erməni təxribatları vaxtı, istər 2020-ci ilin iyul hadisələrində, istər digər sahələrdə ermənilərin törətdiyi təxribatlar eyni zamanda Vətən müharibəsi dövründə erməni vəhşilikləri ilə bağlı bir cümlə belə görmədim. Bu bir daha onu deməyə əsas verir ki, bunlar Azərbaycana düşmən kəsilən və heç də ermənilərdən geri qalmayan qüvvələrdir. Onların məqsədləri Azərbaycanın indiki siyasi hakimiyyətini gözdən salmaqdır. Müəyyən lahiyələri bu ad altında reallaşdırmaqla qərbdən, şərqdən müəyyən qrantlar əldə edib, pul qazanmaqdır. Belə hesab edirəm ki, bu cür adamların qaldırdığı məsələlərə, tərtib etdiyi siyahılara o qədər də əhəmiyyət verməyə ehtiyac yoxdur. Çünki, artıq Avropada Leyla Yunus və onun kimilərini yaxşı tanıyırlar”.

Şərhlər

XƏBƏR LENTİ