XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Dağlıq Qarabağdakı oyuncaq qurum tarixin zibilliyində - böyük hərbi zəfərin məntiqli yekunu

Dağlıq Qarabağdakı oyuncaq qurum tarixin zibilliyində - böyük hərbi zəfərin məntiqli yekunu

Dağlıq Qarabağdakı oyuncaq qurum tarixin zibilliyində - böyük hərbi zəfərin məntiqli yekunu
11-11-2020, 11:52

Rəşadətli ordumuzun 44 günlük zəfər yürüşü Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan tarixi sənədlə gözlənilən sonluğuna çatdı: işğalçı Ermənistan kapitulyasiyanı və Bakının şərtlərini bütünlüklə qəbul etməli oldu.

Qeyd edək ki, bu, 26 il yarımlıq atəşkəs dövründə Azərbaycan və Ermənistan tərəfindən ən yüksək səviyyədə imzalanan, eyni zamanda Rusiyanın zəmanəti altında imzalanan yeganə sənəddir. Təbii ki, o, qarşılıqlı öhdəlik xarakteri daşıyır və hüquqi əsasa malikdir.

*****

Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, üçtərəfli anlaşma sənədində Dağlıq Qarabağın statusu haqda heç nə deyilmir. Əvəzində yerdə qalan ərazilərimizin qeyd-şərtsiz, həm də qısa zamanda (20 günə) boşaldılması nəzərdə tutulur. Buradaca yada salaq: indiyədək aparılan danışıqlarda Ermənistan zəbt etdiyi əraziləri Azərbaycana qarşı daim təhdid vasitəsi kimi istifadə edir, “Torpaq əvəzinə torpaq” prinsipindən çıxış edirdi, uydurduğu “təhlükəsizlik zolağı” anlayışı ilə ərazilərimizi təhqiramiz şəkildə alver predmetinə çevirməyə çalışırdı. Təxminən belə: “7 rayonu istəyirsinizsə, Dağlıq Qarabağdan imtina elə, onun müstəqilliyini tanıyın”.

Bu, əlbəttə ki, uzun illər bizə qarşı “müharibə qalibi” ədası ilə düzənlənən alçaldıcı mövqe idi və Nikol Paşinyan dönəmində özünün pik nöqtəsinə çatdı. Nəticə ortadadır: Qarabağ müharibəsinin, həm də artıq sonuncu Qarabağ müharibəsinin qalibi Azərbaycandır və şərtləri də indi biz diktə edirik. Dünən imzalanan üçtərəfli sənəd bunun bariz təsdiqidir, Ermənistanın tam kapitulyasiyası haqda bir sənəddir. Çünki bu sənədlə İrəvanın əsas hədəfi - Azərbaycan torpaqlarında ikinci saxta erməni dövlətini yaratmaq planları həmişəlik basdırılmış olur.

Sənədə görə, cəmi 20 gün sonra Azərbaycan ərazisində bircə erməni hərbçisi də qalmayacaq. Bu, o deməkdir ki, Dağlıq Qarabağdakı oyuncaq qurum, özünün seçki tamaşaları və saxta “andiçmə” mərasimləri ilə birgə tarixə gömülür. Paşinyan bununla “artsax respublikası” adlı qondarma dövlətin ölümünə imza atmış oldu. İşğalçı Ermənistana rəsmən kapitulyasiya şəhadətnaməsi (“metirka”) verildi. Ermənilərin işğalçı siyasətinə, yersiz qüruruna Azərbaycan, ordumuz elə bir zərbə vurdu ki, onlar ən azı 100 il sonra da özlərinə gələ bilməyəcəklər.

İmzalanmış sənəd həmçinin o anlama gəlir ki, bir daha Xankəndində qondarma rejimin bayraq adlanan əski parçası bizə qıcıq verib dalğalanmayacaq, onun yerində üçrəngli müqəddəs bayrağımız əzəmətlə dalğalanacaq. Separatçılara, erməni faşistlərinə bundan böyük göz dağı ola bilərmi?

Nəhayət, bu, o deməkdir ki, Araik Arutyunyan adlı erməni köpəyi, terrorçu-quldur oyuncaq rejimin sonuncu oyuncaq başçısı kimi tarixdə qalacaq. Yeri gəlmişkən, Araik demişdi ki, “Şuşa getsə, başıma güllə çaxacağam”. Şuşa çoxdan gedib, amma deyəsən, Araik vədinə əməl etməyə tələsmir. Təəccüblənmirik. Çünki qarşımızda yalanlara böyüyən, total yalanları öz həyat normasına çevirmiş bir millətin təmsilçisidir. Başqa yandan, insan adətən doğma bildiyi yerə görə özünü fəda edər, qurban verər, onun olmayan, yad torpaqlara görə yox...

*****

Beləcə, düşmən ölkə öz yalanlarında boğulmaqda və haqq etdiyi daha ağır bir duruma, faktiki, xaosa girmək üzrədir. Erməni yalanları bu dəfə onların öz dilindən eşidək.

“35 gün ərzində Ermənistanın bütün dövlət sistemi insanlara yalan məlumat verdi, yalan danışdı. Cəbrayıl, Füzuli, Hadrutu təslim etdiyimiz zaman da yalanlar danışdı. Sonra bunun əksini iddia etdilər və bizi qələbə çalacağımıza əmin etdilər”.

“Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, bunu “Daşnaktsütyun” rəsmisi İşxan Saqatelyan bildirib.

Paşinyan iqtidarına od püskürən daşnak deyib: “Bu yaxınlarda bizim məlum açıqlamalarımızın ardınca Nikol Paşinyan canlı yayıma çıxdı. Çətin kompromislərdən, mövcud vəziyyətdən danışdı. Bütün bunlar bizim üçün son dərəcə anlaşılmaz idi. Əsgərlərimiz sərhəddə döyüşürkən ertəsi gün o, ağrılı güzəştlər etməli olduğumuzu bildirdi”.

“Daşnaksütyun” nümayəndəsinin sözlərinə görə, 19 oktyabrda Ermənistan hökumətindəki parlamentdənkənar siyasi qüvvələrin nümayəndələri ilə görüşdə Paşinyan onlara mübarizəni davam etdirə bilməyəcəklərini söyləyib.

“Paşinyan ordunun ayağına bir sıra günahlar yazaraq ciddi güzəştlər etməli olduğumuzu söylədi, güzəştlər planı təqdim etdi və atəşkəsə nail olmağın mövcud vəziyyətdən tək çıxış yolu olduğunu dedi. Həmin görüşdə mən ”Daşnaksütyun"un mövqeyini anlaşıqlı şəkildə ifadə etdim və dedim ki, bu, Ermənistanı məhvə və təslim olmağa aparan bir yoldur. Nikol Paşinyan özü danışmalı və cəmiyyətə vəziyyəti izah etməli idi, amma Paşinyan bunu etmədi. 35 gün ərzində Ermənistanın dövlət sistemi insanlara yalan məlumat verdi, yalan danışdı. Cəbrayıl, Füzuli, Hadrutu təslim etdiyimiz zaman da yalanlar danışdı. Sonra bunun əksini iddia etdilər və bizi qələbə çalacağımıza əmin etdilər" - Saqatelyan vurğulayıb.

Daşnakın bildirdiyinə görə, bundan əlavə, bir neçə gün əvvəl Araik Arutyunyan (artıq mövcud olmayan separatçı qurumun başçısı) parlament qüvvələri ilə görüşəndə onların başqa yolu qalmadığını və Ermənistan tərəfinin təslim olmaq barədə müqavilə imzalamalı olduğunu söyləyib. “Bu, 5 gün əvvəl baş verib. 5 gün əvvəl, Şuşa hələ bizdə idi. Arutyunyan isə Şuşanın itirildiyini bildirdi. Bunu 5 siyasi qüvvənin nümayəndələrinin iştirak etdiyi qapalı iclasda söylədi. ”Artsax" hökuməti, Ermənistan hakimiyyətinin müvafiq göstərişi olmadan heç bir müstəqil addım ata bilmədi", - deyə o sonda qeyd edib.

*****

Ancaq ermənilərin qarşılıqlı ittihamlarından və bir-birini qırmasından, erməni toplumunda yaşanan dramatik olaylardan asılı olmayaraq, sərt gerçək budur ki, 2-ci və sonuncu Qarabağ müharibəsi artıq Azərbaycanın zəfəri ilə başa çatıb. İrəvan haqq etdiyi tarixi dərsi aldı. SSRİ dönəmində başlayan Qarabağ avantürasına, erməni işğalına yağlı bir nöqtə, daha doğrusu, nida işarəsi qoyuldu! Artıq qardaş Türkiyənin də iştirakı ilə böyük sülh prosesi, dinc quruculuq mərhələsi başlayır. Təbii ki, Bakının, bizim şərtlərimiz və diktəmiz altında.

Möhtəşəm və tarixi qələbəmiz mübarək!..
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.