Serj Sarkisyan Nyu Yorkdan hədələdi: «Ləğv olunacaq»
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə iki ölkə arasında 2009-cu ildə imzalanan, amma parlamentlər tərəfindən ratifikasiya olunmayan protokollların 2018-ci ildə ləğv olunacağdə ilə hədələyib.
O, bu barədə BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 72-ci sessiyasındakı çıxışında bildirib.
"Türkiyə hökuməti illər öncə aramızda imzalanan protokolları sonsuzadək girov olaraq əlində saxlayacağını düşünürsə, yanılır. Münasibətlərimizdə hər hansı istiləşmə görünmədiyindən ən gec 2018-ci ilin yaz aylarında bu protokolları ləğv edəcəyimizi hamı bilməlidir" -deyə Sarkisyan bildirib.
Qeyd edək ki, bu protokollar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tuturdu. 2015-ci ildə Türkiyəni heç bir addım atmamaqda günahlandıran Ermənistan protokolların təsdiqini parlamentin gündəmindən çıxartmışdı.
Türkiyə isə Azərbaycan torpaqları işğaldan azad olunmayana və Dağlıq Qarabağ problemi həll olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyini açıqlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır