XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Ramiz Mehdiyevin himayə etdiyi diplomatlar — Nəcəfov qardaşlarını akdemiklə nə bağlayır? (ŞOK FAKTLAR)

Ramiz Mehdiyevin himayə etdiyi diplomatlar — Nəcəfov qardaşlarını akdemiklə nə bağlayır? (ŞOK FAKTLAR)

Ramiz Mehdiyevin himayə etdiyi diplomatlar — Nəcəfov qardaşlarını akdemiklə nə bağlayır? (ŞOK FAKTLAR)
2-09-2020, 19:44

AMEA prezidenti Ramiz Mehdiyevin mediadan tutmuş, parlamentə qədər, özəl sektordan tutmuş, dövlət sektoruna qədər hər yerdə rüşvət və korrupsiya şəbəkəsi yaratdığı şübhəsizdir. Bu haqda kifayət qədər açıqlanmayan faktlar var və zaman hər şeyi ortaya çıxaracaq.

Demokrat.az Ramiz Mehdiyevin Xarici İşlər Nazirliyində və səfirliklərdə rüşvət qarşılığında irəli çəkdiyi şəxslərlə bağlı sensasion faktlar əldə edib.

Belə ki, həmin şəxslərə vaxtilə Ramiz Mehdiyevin təqdimatı ilə Azərbaycanın Xarici İşlər Nazirliyində və səfirliklərdə yüksək vəzifələr verilib. Onların sırasında Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə çox yaxın dostluq münasibətləri olan diplomatlar da var.

Bu siyahıda öndə gedənlərdən biri hazırda Azərbaycanın Rumıniyadakı səfiri olan Hüseyn Nəcəfovdur.

Əldə etdiyimiz məlumata görə, Ramiz Mehdiyev hələ Prezident Administrasiyasının rəhbəri vəzifəsində olarkən kürəkəni-sabiq deputat İlham Əliyev vasitəsilə Hüseyn Nəcəfovdan 100 min manat pul alıb. Bundan az sonra isə Ramiz Mehdiyev Hüseyn Nəcəfovun adını “layiqli kadr” kimi Azərbaycanın Rumıniyadakı səfiri vəzifəsinə təqdim edib.

Hüseyn Nəcəfovun qardaşı olan Murad Nəcəfbəyli isə hazırda Estoniyada səfirdir. Onların daha bir qardaşı Eldar Nəcəfov isə hazırda Xarici İşlər Nazirliyinin İkinci Asiya İdarəsinin rəis müavinidir.


Məlumata görə, Nəcəfov qardaşları hazırda həbsdə olan səfir Eldar Həsənovla çox yaxın münasibətləri olub.

Peşəkar diplomatlar da etiraf edirlər ki, Nəcəfov qardaşlarının heç birinin bilik və bacarıqları tutduqları vəzifəyə adekvat deyil.

Şübhəsiz ki, Nəcəfov qardaşlarının az müddətdə sürətli yüksəlişində ən böyük rolu Ramiz Mehdiyev olub. Hətta, Ramiz Mehdiyev tez-tez bu qardaşlara görə xarici işlər naziri Elmar Məmmədyarova təsir göstərirmiş.
Eyni zamanda, Ramiz Mehdiyevin kürəkəni-sabiq deputat İlham Əliyevlə Nəcəfov qardaşlarının şəxsi dostluq münasibətləri var.
Bu, Ramiz Mehdiyevin Azərbaycan dövlətinə qoyduğu utancverici mirasının kiçik bir hissəsidir və əlimizdəki faktları zaman-zaman ictimaiyyətə təqdim edəcəyik.
Ramiz Mehdiyev isə deyir ki, “Qəbul etdiyim qərarlar, atdığım addımlar, qələmə aldığım əsərlər mənə məxsusdur”.

“Qələmə aldığı əsərləri” deyə bilmərik, amma verdiyi qərarlar, atdığı addımların nəticələri göz önündədir.

Məşhur şeirdə deyildiyi kimi, “Səhv düşəndə yerimiz...”. Ramiz Mehdiyevin vaxtilə müxtəlif maraq qarşılığında müxtəlif insanları layiq olmadıqları postlara yerləşdirib və bu gün dövlət “yerləri səhv düşən” bu “layiqli kadr”ların əziyyətini hələ də çəkir, bir çoxları hələ də təmizlənməyib. R.Mehdiyev isə bütün bunları “dövlətə xidmət” kimi göstərməyə çalışır.

O qeyd edir ki, “onun irsinə, mirasına obyektiv qiyməti zaman özü verəcək”.

Haqlıdır, Ramiz Mehdiyevin Azərbaycan dövlətinə zərbə vuran “irsinə” zaman da, xalq da öz qiymətini verir, verməkdə davam edəcək də.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.