Deputatlığa namizəd Qüdrət Nuriyev cəbhə bölgəsində bir sıra görüşlər keçirib (FOTOLAR)
9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 119 saylı Ağdam kənd seçki dairəsindən deputatlığa namizədlyini irəli sürülmüş Qüdrət Nuriyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Belə ki, Ağdam rayonu Sarıcalı, Mahrızlı, Yusifcanlı, Mərzili, Şelli kəndlərindən olan məcburi köçkünlərlə görüşlər keçirilib. Sakinlər tərəfindən qaldırılmış məsələlərin vaxtında həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini qeyd edən Qüdrət Nuriyev seçiciləri aktiv olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.
Bundan başqa Ağdam rayonu Üçoğlan ərazi vahidliyinin Kiçikli kəndində, Xındırıstan kəndində üç istiqamətində, Bəybabalı kəndində məskunlaşmış Qərvənd və Şıxlar kəndlərindən olan məcburi köçkünlərlə görüşərək fikir mübadiləsi aparılıb.
Qüdrət Nuriyev ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah şəraiti, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb. Millət vəkili seçiciləcəyi təqdirdə rayon və kənd ərazisində görüləcək işlər haqqında məlumat verib, qaldırılanlan bütün sosial problemlərin həyata keçirilməsinə çalışacağını bildirib. Q.Nuriyev kənd sakinlərini 9 fevral- seçki günü fəal olmağa dəvət edib.
Öz növbəsində keçirilən görüşlərdə iştirak edən kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar qarşıdan gələn parlament seçkilərində Qüdrət Nuriyev səs verəcəklərini qeyd ediblər.
Hazırda görüşlər uğurlar davam etdirilir.












Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?