XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Mehriban Əliyeva özbək mətbuatında - Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə

Mehriban Əliyeva özbək mətbuatında - Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə

Mehriban Əliyeva özbək mətbuatında - Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə
29-01-2020, 09:43

Özbəkistan mətbuatında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun I vitse-prezident Mehriban xanım Əliyeva haqqında məqaləsi yayımlanıb.

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Ovqat.com-a verilən məlumatda belə deyilir.

Məlumatda qeyd olunur ki, Özbəkistan mediası tərəfindən böyük maraqla qarşılanan və geniş şəkildə tirajlanan bu məqalə Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında qələmə alınmış ən gözəl və səmimi yazılardan biridir və təkcə Azərbaycanda, deyil dünyanın bir çox yerində ictimaiyyətin və medianın da böyük marağına səbəb olmuşdur:
“Özbəkistan Respublikasının nüfuzlu “İnterpress.uz” xəbər saytında yer alan məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında yazılan faktlar Şərq dünyasında qadına verilmiş böyük əhəmiyyətin bariz təcəssümü təqdim olunub. Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək mətbuatında dərc olunan, habelə özbək dilinə tərcümə edilən məqalədə Mehriban xanım Əliyevanın işgüzar qadın obrazı da öz əksini tapmışdır. Belə ki, təkcə öz ölkəsində deyil, dünyanın bir çox ölkəsində mühüm ictimai vəzifə daşıyan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri və İSESKO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi geniş spektorlu fəaliyyəti ilə təkcə Şərqdə deyil bütün dünyanın diqqət və pərəstişində olan lider qadınlarından biridir.
Məqalədə qeyd olunur ki, Mehriban xanım eyni zamanda ailə ocağının qoruyucusu, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Hər birimizə aydındır ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla, yanaşı Şərq qadınına xas olan mətanət və sədaqətlə öz həyat yoldaşı ilə çiyin-çiyinə böyük bir məsuliyyətin altına girərək ölkəsinin problemləri ilə maraqlanır, cəmiyyətin, dövlətin inkişafına öz əhəmiyyətli töhfələrini verməkdədir.

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mətbuata bildirmişdir ki, Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə qardaş ölkədə maraq böyükdür, Özbəkistanın aparıcı media qurumları bu mövzuya daha geniş maraq göstərirlər.

Məqlənin sonunda qeyd olunur ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkədir.

İndi isə, demək olar, yüz il sonra bizim birinci xanımımızın simasında Odlar Yurdu dünyaya yeni obraz təqdim edir. Əbəs yerə deyil ki, Qərbin kütləvi informasiya vasitələrində dəfələrlə belə bir fikir bildirilib ki, xüsusilə postsovet məkanında birinci xanım institutunun əhəmiyyəti və rolunun aktivləşməsi bir çox halda Mehriban Əliyevanın sayəsində baş verdi.

Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyir və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır deyə məqalədə vurğulanır.

Bəli, bu danılmaz bir həqiqətdir ki, bu gün Azərbaycan xalqı belə ali dəyərlərə malik olan və sözün əsl mənasında birnci xanımı ilə fəxr etməkdədir.

Ölkənin birinci xanımı, I vitse-prezident Mehriban Əliyeva yuxarıda qeyd olunan bu cür müsbət məziyyətləri ilə demək olar ki, bütün dünyanın maraq göstərdiyi nümunəvi lider qadındır.

Məqalənin tam mətni ilə https://interpress.uz/archives/11284 linkində tanış olmaq mümkündür”.
Mehriban Əliyeva özbək mətbuatında - Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.