SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR

İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR

Tarix:

25-12-2019, 17:23

/ 1 018 dəfə oxundu.
İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dikin etimadnaməsini qəbul edib

Səfir Corc Dik fəxri qarovul dəstəsinin qarşısından keçib.

Corc Dik etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Corc Dik ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə edərək Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafı yolunda Azərbaycanın beynəlxalq müstəvidə böyük səylər göstərdiyini və uğurlu addımlar atdığını bildirərək bunun dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin dinc və mehriban şəraitdə yaşadığını məmnunluqla qeyd edib.

Görüşdə iqtisadi, ticarət, turizm, humanitar, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

*** 10:44

Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Unikal.org-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri etimadnaməsini qəbul edib.

*** ****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.

Unikal.org xəbər verir ki, səfir Salima Abdelhak fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Əlcəzairin Azərbaycanda ilk qadın səfiri olduğunu deyən Salima Abdelhak Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasət sahəsində uğurlar əldə etdiyini bildirərək bu münasibətlə təbriklərini çatdırıb. O bildirib ki, Bakının əsrarəngiz gözəlliyi buraya gələn turistləri valeh edir və buradakı çox böyük inkişaf prosesləri dərin təəssürat doğurur.

Səfir, eyni zamanda, Azərbaycanda mühüm beynəlxalq tədbirlərin də yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edib.

Salima Abdelhak qadın səfir olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanın inkişafı naminə fəaliyyətindən fəxr hissi keçirdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, turizm, elm-təhsil, tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

***10:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin dekabrın 25-də Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.
İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ