SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ümid Partiyasında seçki ilə bağlı son gəlişmələr

Ümid Partiyasında seçki ilə bağlı son gəlişmələr

Tarix:

19-12-2019, 22:26

/ 1 406 dəfə oxundu.
Ümid Partiyasında seçki ilə bağlı son gəlişmələr

Azərbaycan Ümid Partiyası 9 fevral 2020-ci ildə növbədənkənar Parlament Seçkilərində iştirakla bağlı işlərini sürətlə həyata keçirir

Bu barədə partiyanın mətbuat xidməti açıqlama yayıb.İndiyə qədər 65 namizədin sənədləri müvafiq Dairə Seçki Komissiyalarına təqdim olunub, namizədlərin xeyli hissəsi imza vərəqlərini götürüblər.

Namizədlərimizin 13 %-i qadın, 87 %-i kişilərdir. Ən gənc namizədimizin 19, ən yaşlısının 69 yaşı var. Namizədlər arasında ali təhsillilər 94.5%, orta – ixtisas təhsillilər 3.5%, orta təhsillilər isə 2%-i təşkil edir.

Artıq imzalarını tamamlayan namizədlərimiz də var. Bugünə qədər partiyalar içərisində ən çox namizəd verən və ən çox sənədləri dairələrə təqdim olunan namizəd Ümid Partiyasındandır.

Yeni Azərbaycan Partiyası hələ namizədlərini açıqlamayıb və dairələrə sənədlər təqdim etməyib. Təqdim edən partiyalar içərisində isə öndə Ümid Partiyasıdır. Partiya 65 namizəd verib, daha 15 namizədlərin sənədləri hazırlanır.

Yaxın günə o namizədlərin hamısı Dairə Seçki Komissiyalara təqdim olunacaq. Çalışacağıq ki, dekabr ayının sonuna qədər imzatoplama kampaniyasının ən azı böyük əksəriyyətini yekunlaşdıraq və dairələrə təqdim edək.

Artıq bir sıra dairələr imzatoplama mərhələsini bitirib, yeni dairələr də sürətlə bu prosesi həyata keçirirlər.

Bugünə qədər hələlik üzləşdiyimiz hər hansı bir çətinlik və ya problem yoxdur, amma bəzi Dairə Seçki Komissiyaları səlahiyyətlərini aşaraq Əsasnamədə və Məcəllədə göstərilməyən sənədləri istəyirlər. Məsələn, nikah haqqında şəhadətnamə, işsizlik haqqında arayış və onun məşğul idarəsindən alınması, tələb olunması qanuna ziddir. Əgər vətəndaş özü haqqında məlumat veribsə, o məlumatlar Dairə Seçki Komissiyası tərəfindən yoxlanılmalıdır, daha vətəndaş “işsizəm” yazıbsa, onun hökmən məşğulluq idarəsindən işsizlik haqqında arayış almasına ehtiyac yoxdur. Şəxsiyyət vəsiqəsinin surətləri və diplomun surəti verilibsə, onun əslinin tələb olunması məcəllədə və o cümlədən təlimatlarda yoxdur.

Ona görə də bu tipli çətinliklər var, amma çalışmışıq ki, onları da yerində həll edək və həmin dairədən digər seçki komissiyalarına, Mərkəsi Seçki Komissiyasına səslənirik ki, belə süni maneələr yaratmasınlar.

Ümid Partiyasının mətbuat xidməti

Şərhlər

XƏBƏR LENTİ