Oqtay Əsədov rəqiblərinə necə təzyiq edir: - 6 imtina, 3 qeydə alınmayan namizəd
45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkilərinə qatılan namizədlərə təzyiq edilir.
Bu barədə Arqument.Az-a məlumat verilib.
Məlumata görə, namizədlərin fəaliyyətinə müdaxilə üçün adminstrativ resurslardan istifadə edilir.
45 saylı DSK-ya namizədlərin qeydə alınması prosesində süni əngəllərin yaradılması da bununla izah olunur.
Mənbə bildirib ki, bununla bağlı DSK-ya tapşırıq verilib.
DSK isə istefaya göndərilən və yenidən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş spiker Oqtay Əsədova açıq dəstək ifadə edir.
Sözgüdən dairə üzrə 6 nəfərin namizədlikdən imtina etdiyi, bir neçə nəfərin DSK tərəfindən qeydə alınmadığı, bəzilərinin isə imza vərəqələrini vermədiyi açıqlanıb.
Məlumatda deyilir ki, namizədlikdən imtina edən və imza vərəqlərini təqdim etməyən şəxslərə Oqtay Əsədova görə təyziq edilib.
DSK mövzuya şərh verməyib.
İddialarla bağlı Oqtay Əsədovla isə əlaqə saxlamaq mümkün olmayıb.
Mərkəzi Seçki Komissiyasının saytında isə imtina edən və qeydə alınmayan, həmçinin imza vərəqlərini qaytarmayanların adları qeyd olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək