XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Prezident Əliyevin ideoloji qələbəsi - İrəvana qarşı uğurlu demarş

Prezident Əliyevin ideoloji qələbəsi - İrəvana qarşı uğurlu demarş

Prezident Əliyevin ideoloji qələbəsi - İrəvana qarşı uğurlu demarş
4-12-2019, 12:07

Ötən həftə Rusiyanın Armavir şəhərində erməni faşist əlaltısı Qaregin Ter-Arutyunyanın (Qaregin Njde) xatirə lövhəsi söküldü. Bundan bir qədər öncə Armavir Şəhər Dumasının deputatı lövhəni qara boya ilə rəngləmişdi. Hadisə ilə bağlı Ermənistanın Rusiyadakı səfirliyi sərt narazılıq bildirmiş, deputat barədə ölçü götürməyi tələb eləmişdi. Hətta Armavirdə yerli ermənilər etiraz aksiyası keçirmişdilər.

Olay baş verən günlərdə “Yeni Müsavat” yazmışdı ki, Moskva İrəvanın rəsmi etirazına ya reaksiya verməyəcək, da ya reaksiya əks-işarəli olacaq. Ona görə ki, Rusiya dövlətinin nasist əlatıılarının qəhrəmanlaşdırılma ilə bağlı mövqeyi bəllidir. Ən azından, Rusiya XİN-in bununla bağlı böyük bir hesabatı nazirliyin saytında hələ də durur.

Elə də oldu. Keçən həftə üzdəniraq barelyef söküldü. Bu, sözsüz ki, həm də məsələni gündəmə gətirən və davamlı olaraq, gündəmdə saxlayan Azərbaycan tərəfinin, öncəliklə prezident İlham Əliyevin sayəsində mümkün oldu. Bununla həmçinin Ermənistan adlı psevdo-dövlətin, habelə onun özünü demokrat sayan indiki iqtidarının mahiyyəti dünyaya əyani nümayiş olundu. Buna Bakının İrəvana qarşı uğurlu de-marşı da demək olar.

*****

Ancaq bu, yalnız başlanğıcdır. Çünki İrəvanın mərkəzində Njdenin 6 metrlik heykəli durur. Ona görə durur ki, nə qədər qəribə də olsa, sırf Rusiyanın hesabına mövcud olan işğalçı ölkədə Rusiya ciddiyə alınmadan (!) nasist ermənilərə sevgi aşağıdan yuxarıya bütün topluma, onun bütün təbəqələrinə xasdır. Bunu özləri də etiraf edirlər.

Şaqen Arutunyan Rusiyanın şairi və diplomatı olmuş Aleksandr Qriboyedovun İrəvandakı abidəsini təhqir edib ile ilgili görsel sonucu

Özü də söhbət təkcə sevgidən getmir. Belə ki, srağagün Ermənistanın Birləşmiş Milli Təşəbbüs Partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan Rusiyanın şairi və diplomatı olmuş Aleksandr Qriboyedovun İrəvandakı abidəsini təhqir edib. Bu haqda Şaqen Arutunyan özünün facebiook səhifəsində yazıb. Sitat: “Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”, - deyə o, sosial şəbəkədəki hesabında yazıb. Arutunyan üzərinə qırmızı rəng tökərək təhqir etdiyi abidənin fotosunu da paylaşıb.

Hələlik Ermənistan rəsmiləri millətçi erməni gəncin bu hərəkətinə hər hansı reaksiya verməyiblər. Buna görə ona hansısa cəza verilib-verilməyəcəyi də məlum deyil. Amma olayın Rusiyada sərt etiraz doğuracağı şübhə doğurmur. O da dəqiqdir ki, həm Njdeyə aşırı sevgi və onunla bağlı atılan məlum addımlar, verilən rəsmi etiraz bəyanatı, həm də son olayla ermənilər təhlükəli bir oyuna giriblər, faktiki, odla oynayırlar...

*****

“Bu prosesin içində olan bir şəxs kimi mən faşist Qaregin Njdenin abidələrinin sökülməsinin başlanılmasını çoxdan gözləyirdim”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a faşistlərlə əlbir olan Njdenin Armavir şəhərində quraşdırlımış xatirə lövhəsinin sökülməsi xəbərini şərh edən tanınmış rusiyalı alim, tarixçi Oleq Kuznetsov deyib.

“Rusiya və Azərbaycanın bir çox sakini kimi, mən də narazı olmağıma baxmayaraq, anlayırdım ki, boş sözlərlə və emosiyalarla vəziyyəti dəyişmək mümkün deyil. Ona görə də qarşıma bu abidənin sökülməsi məqsədini qoydum, bunun üçün kifayət qədər tarixi və hüquqi sübutlar toplanılmalı idi ki, yekunda da bu, həyata keçirildi. Bu sübutlar Moskvaya göndərildi və orada inzibati və siyasi cəhətdən ən yuxarı rəhbərliyə çatdırıldı, Njdenin lövhəsinin sökülməsi qərarı qəbul edildi”, - deyə o, qeyd edib.

Kuznetsovun sözlərinə görə, lövhənin sökülməsindən sonra Rusiyanın siyasi elitasına yaxın olan yüksək vəzifəli moskvalı dostları ona zəng edərək, həmin lövhənin sökülməsi ilə üzərində “ermənilərin Rusiyaya əbədi sadiqlik” şüarları yazılmış “stereotip divarını” da yıxmaq mümkün olub.

“Artıq Moskvanın yuxarı təbəqələrində ermənilər sadiq dostlar kimi deyil, özlərinin dedikləri kimi, ”adi yaramazlar" olaraq qəbul edilirlər. Ermənilərin “qüsursuzluq” obrazı param-parça oldu və indi Rusiyada digər kiçik Avropa xalqlarının təkəbbürlü millətçiliyi kimi, erməni millətçiliyinin tənqidi də mümkün olacaq. Azərbaycanın ideoloji qələbəsi də məhz bundan ibarətdir", - deyə tarixçi vurğulayıb.

“Hadisələri qabaqlamaq istəmirəm, ancaq ilin sonuna qədər İrəvan Moskvadan Njdenin şəxsiyyətinə pərəstiş edilməsinin aradan qaldırılması barədə bildiriş alacaq. Njdenin hərəkətləri və şəxsiyyəti barədə ikili fikir ola bilməz. O, nasizm cinayətkarıdır və ”tsexakron" adlı erməni nasizm ideologiyasının yaradıcısıdır. Onun kimi bir yaramaza heykəl qoyulmalı deyil", - deyə Kuznetsov söyləyib.

*****

Maraqlıdır ki, ermənilərin toplum olaraq xəstə, anormal təfəkkürə malik olması ara-sıra özləri tərəfindən də dilə gətirilir.

“Ermənilərin sistemli düşünməklə bağlı böyük problemləri var”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri İrəvandakı internet kanala açıqlamasında Ermənistan İctimai Şurasının üzvü, idarəçilik üzrə ekspert, texniki elmlər namizədi Arutyun Mesropyan deyib.

“Biz ermənilər dövlətçi mentalitetdən məhrumuq. Bizdə hətta hakim elita da yoxdur. Hakimiyyət dəyişikliyi, struktur dəyişiklikləri - heç nə işləmir. 1991-ci ildən bizim ölkədə dövlət idarəçiliyi sistemi ağıllı qurulmayıb, ölkənin vəzifə və hədəflərinə cavab vermir. Bizim düşüncəmiz əyridir. Bizim uzun illər dövlətçiliyimiz olmayıb. Ölkədə ləyaqətli insanların çoxlu problemi var, ləyaqətsizlərin isə - yoxdur”, - deyə o qeyd edib.

Riyakarlıqla bağlı sualı cavablandıran ekspert bildirib ki, ermənilər dəhşətli şəkildə riyakardır. “Biz açıq məkanda tam başqa cürük, qapalı məkanda - ayrı. Ən dəhşətlisi də odur ki, biz ermənilər hamımız eyniyik” - Mesropyan sonda bildirib.

Bu sözlərə gerçəkdən də nəsə əlavə eləməyə gərək qalmır...
“Yeni Müsavat”

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.