
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda təltif olunanlar arasında Xarici işlər naziri Elmar Məmmədyarov da var. O, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Keçmiş nazir Vilayət Quliyev, nazir müavini Mahmud Məmməd-Quliyev, səfirlər Hidayət Orucov, Hafiz Paşayev, Polad Bülbüloğlu, Hədən Zeynalov isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.