SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənistan prezidenti Bakıya gəlir (İDDİA)

Ermənistan prezidenti Bakıya gəlir (İDDİA)

Tarix:

28-06-2018, 17:51

/ 1 397 dəfə oxundu.
Ermənistan prezidenti Bakıya gəlir (İDDİA)

Ermənistanda prezident Armen Sarkisyanın yaxın zamanlarda Bakıya rəsmi səfər edəcəyi barədə məlumat yayılıb.

İstipress-in məlumatına görə, bu barədə "Qaraparak” qəzeti məlumat verib.

Ermənistan prezidenti Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında təhlükəsizlik sahəsində gedən rəqabət barədə məqalə yazan qəzet bildirib ki, Sarkisyanın administrasiyasında işləyən mənbələr bu xəbəri ciddi-cəhdlə gizlədirlər. Ola bilər ki, səfər gizli olacaq.

Onlar sadəcə bildirirlər ki, Sarkisyan İrana gedəcək. Artıq bu barədə Armen Sarkisyanla İranın Ermənistandakı səfiri müzakirələr aparıb. Yer gəlmişkən baş nazir Nikol Paşinyan da İrana səfər edəcəyi barədə bəyanat verib.

Şərhlər

XƏBƏR LENTİ