XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » İlham Əliyev Boyko Borisovu qəbul etdi

İlham Əliyev Boyko Borisovu qəbul etdi

İlham Əliyev Boyko Borisovu qəbul etdi
15-01-2018, 17:13

Yanvarın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovu qarşılayıb.

Sonra birgə foto çəkdirilib. Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.