XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
10-07-2018, 16:24

İyulun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.