SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident meksikalı həmkarına başsağlığı verdi

Prezident meksikalı həmkarına başsağlığı verdi

Tarix:

20-09-2017, 18:43

/ 76 996 dəfə oxundu.
Prezident meksikalı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetoya başsağlığı məktubu göndərib.

Məlumata görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Şərhlər

XƏBƏR LENTİ