XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam

Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam

Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam
25-11-2024, 15:14

 Prezident İlham Əliyev AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, G. Baxşəliyeva AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. Sabah onun 70 yaşı tamam olur.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.