Ukrayna müharibəni uduzub, Zelenski məsuliyyət daşıyır! - Tramp İTTİHAM ETDİ
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Ukrayna Rusiya ilə müharibədə uduzub, çünki onun əksər şəhərləri dağıdılıb və keçmiş ölkədən praktiki olaraq heç nə qalmayıb.
Tramp PBD podkastına müsahibəsində belə deyib:
“Bu müharibə uduzuldu. Əvvəlki Ukraynanı xatırlayın, artıq o Ukrayna deyil”.
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski müharibənin başlamasına görə məsuliyyət daşıyır.
“Bu, ona kömək etmək istəmədiyim demək deyil, çünki bu insanlara çox yazığım gəlir. Amma o, heç vaxt bu müharibənin başlamasına imkan verməməli idi...”, - Tramp vurğulayıb.
O, həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydeni Ukraynanı müharibəyə təhrik etməkdə suçlayıb.
“Mən Ağ Evdə olsaydım, bu baş verməzdi”, - Tram qeyd edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır