Ukrayna müharibəni uduzub, Zelenski məsuliyyət daşıyır! - Tramp İTTİHAM ETDİ

Tramp PBD podkastına müsahibəsində belə deyib:
“Bu müharibə uduzuldu. Əvvəlki Ukraynanı xatırlayın, artıq o Ukrayna deyil”.
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski müharibənin başlamasına görə məsuliyyət daşıyır.
“Bu, ona kömək etmək istəmədiyim demək deyil, çünki bu insanlara çox yazığım gəlir. Amma o, heç vaxt bu müharibənin başlamasına imkan verməməli idi...”, - Tramp vurğulayıb.
O, həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydeni Ukraynanı müharibəyə təhrik etməkdə suçlayıb.
“Mən Ağ Evdə olsaydım, bu baş verməzdi”, - Tram qeyd edib.