BMT-dəki daimi nümayəndə: Fransa Cənubi Qafqazdakı proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırır
BMT Təhlükəsizlik Şurasının 2024-cü il aprelin 19-da keçirilən iclasında Fransa nümayəndələrinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərə dair bəyanatları əsassız və yanlışdır.
Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir.
Məktubda qeyd edilib ki, Fransa nümayəndələrinin şərhləri iki ölkənin sərhədlərin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə etdikləri bir günə təsadüf edir.
Y.Əliyev bildirib ki, Baş katib Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyaları arasında aprelin 19-da əldə edilmiş razılaşmaları alqışlayıb və qalan sahələr üzrə işlərin davam etdirilməsinə və münasibətlərin tam normallaşması üçün bütün ikitərəfli məsələlərin həllinə çağırıb.
“Fransa Cənubi Qafqazdakı vəziyyət və proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmamalı, regionda sabitliyi pozan fəaliyyətə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməlidir. Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması, münaqişələrin qarşısının alınmasını təşviq etmək, konkret nəticələrə yönəlmiş normallaşma prosesinin təşviqi və regionda davamlı sülhün bərqərar olması istiqamətində səylərini davam etdirməyə sadiqdir və qətiyyətlidir”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin məktubunda qeyd edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır