BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan arasında dörd kənd ərazisində quru sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşmanı alqışlayır və iki ölkə arasında etimadın yaradılması və sülhün möhkəmləndirilməsi prosesini yaxından izləyir.
Bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında açıqlama yayımlanıb. Məlumatda razılaşmanın kommunikasiya və dialoq körpülərinin güclənməsinə, Qafqaz regionunda sabitliyin və konstruktiv əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunur.
Rəsmi saytda BƏƏ dövlət naziri Əhməd Əli Əl-Sayeğin açıqlamasına istinadən bildirilir ki, birbaşa kommunikasiyalar vasitəsilə bərqərar olan bu müsbət inkişaf həm regional, həm də beynəlxalq səviyyədə inkişafı və sülhü gücləndirəcək. Hər iki ölkəyə və onların xalqlarına fayda gətirəcək, gələcək tərəqqi və yüksəlişə nail olmaqla, onların qarşılıqlı maraqlarını yerinə yetirəcəkdir.
Birləşmiş Ərəb Əmirlikləri həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə sıx və dəyərli əlaqələrə malikdir. BƏƏ regionda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir məsələlərin dinc və qarşılıqlı dialoq yolu ilə həllini vacib hesab edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır