SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Tarix:

15-04-2024, 14:51

/ 439 dəfə oxundu.
Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

 Böyük Britaniya multikultural dövlətdir. Bunun səbəblərindən biri onun tarixi imperiya ərazisi olmasıdır. Ona görə də krallıqda çoxsaylı etnik qrupların nümayəndələrinin yaşaması, məskunlaşması və ora köç etməsinə də təbii yanaşılır.

Ancaq son zamanlar Böyük Britaniya hökuməti multikulturallıqdan əziyyət çəkdiklərini açıq şəkildə etiraf edir. Xüsusən krallıq ərazisində törədilən terror hadisələri rəsmi Londonun narahatlığının əbəs olmadığını təsdiqləyir.

Rusiyanın paytaxtı Moskvada “Crocus city hall”da törədilən terror hadisəsi mühacirət məsələsini beynəlxalq ictimaiyyətin yenidən gündəliyinə çıxmasına təkan verib.

Avropa ölkələri miqrant məsələsini terrorla daha çox əlaqələndirirlər.

Bu baxımdan onlar qanunsuz miqrantların öz ölkələrinə qaytarılmasını müzakirə edirlər.

“The Times” qəzetinin yaydığı məlumata görə, krallığın Xarici İşlər Nazirliyi qanunsuz miqrantların ölkədən çıxarılması məsələsinin dörd dövlət – Ermənistan, Botsvana, Kot d-İvuar və Kosta-Rika ilə müzakirəsini aparır. Rəsmi İrəvan krallıq ərazisindəki qanunsuz erməni köçkünlərindən imtina edib. Bu ölkənin Xarici İşlər Nazirliyi qanunsuz miqrantların Ermənistana göndərilməsi ilə bağlı xəbəri cavablandırıb. Qeyd olunub ki, Ermənistan və Böyük Britaniyanın geniş siyasi dialoq gündəliyi var, lakin konkret bir nəşrdə (“The Times”) qaldırılan məsələ ilə bağlı heç bir əsaslı və texniki danışıqlar aparılmayıb.

Qəzetin yazdığına görə, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılsa da, Krallığın Xarici İşlər Nazirliyi bu ölkələrin hakimiyyət orqanlarının bununla xüsusi maraqlanmayacaqlarını da istisna etmir. Britaniyanın dialoqa başlaya biləcəyi Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leonenin daxil olduğu Afrika dövlətlərinin ehtiyat siyahısı da mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis isə krallıqla məsələni müzakirə etməkdən imtina ediblər.

Qəzet xatırladıb ki, Böyük Britaniya artıq bir il yarımdır krallıqdan qovulmuş qeyri-qanuni mühacirləri qəbul etməyə hazır olacaq ölkələri axtarır. Baş nazir Rişi Sunak ötən ilin payızında müvafiq sazişlər bağlamağa ümid etsə də, Britaniya səlahiyyətliləri Ruandaya bir nəfər də olsun qanunsuz miqrant göndərə bilmədiyi üçün danışıqları dayandırıb.

Qəzetin vurğuladığı kimi, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Doçerti İrəvana səfər edərkən başlayıb. Ancaq Britaniya parlamenti yeni qanuna səs verdikdən sonra Ermənistan hakimiyyəti Ruanda ətrafında vəziyyətin inkişafını gözləyir.

Bu hadisə Avropada erməni miqrantların gələcəyini gündəliyə çıxarır.

Qeyd edək ki, hazırda Böyük Britaniyada ermənilərin sayı 20 mindən çoxdur. Krallıqda bir neçə erməni təşkilatı var - Erməni Ümumi Xeyriyyə İttifaqı (AGBU), Erməni İcması və Kilsəsi Şurası, Erməni İnstitutu və başqaları. Bundan başqa Britaniyada birgünlük məktəblər, idman cəmiyyətləri və s. fəaliyyət göstərir. İngiltərədə erməni dilində 20 qəzet nəşr olunur. Erməni icması üzvlərinin çoxu Birinci Dünya müharibəsi illərində krallığa köç ediblər.

Sovet İttifaqı dağılandan sonra ermənilərin krallığa yeni miqrasiyası başlayıb. 2020-ci ildən sonra onlar Fransaya, oradan isə La-Manş boğazından keçməklə qanunsuz olaraq Böyük Britaniyaya keçiblər.

Ehtimal etmək olar ki, rəsmi Paris ermənilər də daxil olmaqla Böyük Britaniyaya qanunsuz miqrantlarla bağlı təzyiq göstərir. Qeyd edək ki, 2021-ci ildə Rusiya Daxili İşlər Nazirliyi 61 qanunsuz erməni mühacirin ölkənin ərazisini tərk etməsini istəmişdi.

Ermənilər Böyük Britaniya ərazisindən niyə qovulur? Təbii ki istənilən dövlətin qapısı qanunsuz miqrasiyaya bağlıdır. Çünki onlar keçmək istədikləri ölkə üçün yalnız sosial problem yaratmır, həm də perspektivdə dövlətin təhlükəsizliyinin təhdid mənbəyi olurlar.

Bu baxımdan erməni icması da yerləşdiyi istənilən ölkədə terror quruluşlarına dəstək verə bilər. Düzdür, Avropa hazırda daha çox müsəlman ölkələrindən, Afrikadan köç axınının qarşısını almağa çalışır. İddiaya əsasən, qitənin bir sıra ölkələrində törədilən terror aktlarında onların adları hallanır.

Ermənilərin Avropada türklərə qarşı belə cinayətlər törətmələrinin “ənənəsi” mövcuddur. ASALA terror qruplaşmasının fəaliyyət göstərdiyi ölkələr sırasında Livan, Türkiyə, ABŞ, Fransa, Yunanıstan, İsveçrə, İspaniya, Avstriya ilə yanaşı Böyük Britaniya da var.

2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edilmişdi. Bu məsələdə erməni radikallarının da əli olduğu ehtimal az deyil. Yaxud bu ölkədə Türkiyəyə qarşı aksiyalara erməni icması da qatılır. Bu isə Londonla Ankara arasında münasibətlərə mənfi təsir göstərir. Odur ki, erməni icması belə çirkli əməlləri soydaşlarından ibarət qanunsuz miqrantlar vasitəsi ilə də reallaşdıra bilər.

Rusiya ilə Ermənistanın münasibətlərinin perspektivdə mümkün pisləşməsi ermənilərin Avropaya xüsusi ilə Fransaya yeni köçünə təkan verə bilər. Bu halda La-Manş boğazından qanunsuz köçkünlər, o cümlədən ermənilərin Britaniya keçməsi mümkündür.

Terroru daha çox yoxsul və kasıb təbəqənin nümayəndələri törədir. Miqrasiya insanları həm də yoxsullaşdırır. Onların müxtəlif cinayətlərə əl atmasına səbəb olur. Bu baxımdan qanunsuz miqrant ermənilərin dolanışıq səbəbindən də mənsub olduqları icmanın tapşırığını yerinə yetirməsi mümkündür. Odur ki, rəsmi Londonun ölkəni erməni köçündən təmizləməsi həm də krallığın təhlükəsizliyinin möhkəmlənməsinə yardım sayılır.

Şərhlər

XƏBƏR LENTİ