Azərbaycanın bu gücü İranı hədsiz narahat edir - Video
İranın müxtəlif dairələri ilə görüşlərim, müzakirələrim zamanı Zəngəzurla bağlı mövzu bəlkə də ən əsas mövzu oldu. Üstəlik, Zəngəzur mövzusunu həm coğrafi, həm də siyasi baxımdan Qarabağla eyni müstəvidə hesab edənlər də az deyil.
Bunu Ermənistan parlamentinin deputatı, müxalif siyasətçi Tiqran Abramyan deyib.
“Tehranda Qarabağın Azərbaycanın nəzarətində olması İranın maraqlarına böyük ziyan kimi qəbul edilir. Ermənistan və İran Zəngəzurun təhlükəsizliyi, sabitliyi üçün hansı addımı atsalar da, Qarabağ azərbaycanlıların əlində olduğu müddətdə Zəngəzur və İran daim təhlükə altında olacaq. İranlılarla təmaslarımda xatırlatdım ki, 44 günlük müharibədən sonra Azərbaycanın irimiqyaslı silah-sursat alması, Orduda türkiyəyönlü islahatları, Qarabağın cənub bölgələrində hərbi infrastrukturun yaradılması onu göstərir ki, Bakı, Ankara və qeyri-sabitlik istəyən qeyri-regional qüvvələr diqqətlərini yalnız Zəngəzur üzərində cəmləşdirməyib, əsas zərbə İran istiqamətində də ola bilər. Ermənistan və xüsusilə Zəngəzur ətrafında yaranmış hərbi-siyasi vəziyyət İranı hədsiz dərəcədə narahat edir. Onlar bu riskləri neytrallaşdırmaq üçün İrəvanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar. Bu hərbi əməkdaşlığın nədən ibarət olması və İrəvanın bunda nə dərəcədə maraqlı olması məsələnin tamam başqa səviyyəsidir, çünki problem çoxtərəflidir”, - o bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır