SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Spiker İtaliya və Serbiya müşahidə missiyalarının üzvləri ilə görüşdü

Spiker İtaliya və Serbiya müşahidə missiyalarının üzvləri ilə görüşdü

Tarix:

8-02-2024, 19:17

/ 257 dəfə oxundu.
Spiker İtaliya və Serbiya müşahidə missiyalarının üzvləri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib.

Görüşlərdə Milli Məclisin sədri prezident seçkilərini müşahidə etdikləri üçün minnətdarlığını bildirərək, qeyd edib ki, bu seçkilər ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir.

S.Qafarova qeyd edib ki, ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Spiker işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, ölkəmizdə prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi, seçki prosesində tam şəffaflığın təmin edilməsi, seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

İtaliya parlamentinin müşahidə missiyasının sədri Andreo di Cüzeppe səsvermə zamanı 15 seçki məntəqəsində müşahidə apardıqlarını qeyd edərək vurğulayıb ki, prezident seçkiləri beynəlxalq qaydalara uyğun təşkil olunub. Serbiya Milli Assambleyasının sədr müavini Sandra Boziç də prezident seçkilərinin demokratik prinsiplər və normalar əsasında həyata keçirildiyini vurğulayaraq, seçici fəallığını yüksək qiymətləndirib. O deyib ki, seçkilərin belə yüksək səviyyədə keçirilməsi yaxşı demokratik nümunədir.

Şərhlər

XƏBƏR LENTİ