Bakının uğurları Qərbdə bəzilərini qıcıqlandırır
Azərbaycanın uğurları Avropa Birliyini (AB) və xüsusən də onun aparıcı üzvlərindən olan Fransanı qıcıqlandırır.
Bunu açıqlamasında rusiyalı siyasi ekspert Yevgeni Mixaylov AB, ona üzv olan ölkələr və bəzi digər Qərb ölkələrinin rəsmilərinin Azərbaycanı tənqid edən bəyanatlarına münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, bu mənfi məqam həm də bu ölkələrdə siyasətçilərin erməni lobbisinin təsirinə düşməsi ilə bağlı ola bilər:
“Azərbaycan məhkəmə sisteminə ünvanlanan qeyri-müəyyən şərhlər əslində Ermənistan tərəfinin Azərbaycanı “Qarabağ ermənilərinin qanunsuz mühakimələrində” ittiham edən bəyanatları ilə üst-üstə düşür”.
O əlavə edib ki, söhbət separatçı rejimin rəhbərlərindən və Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərdən gedir.
Politoloq xatırladıb ki, Moskva siyasi arenada Bakıya dəstəyini ifadə etməyə hər zaman hazırdır:
“Rusiya Cənubi Qafqazda baş verən hadisələri görür. Moskva və Bakı tərəfdaşdır, prezidentlərimiz arasında çox yaxşı münasibətlər var. Bu, təbii ki, ölkələrimiz arasında mədəni və iqtisadi əlaqələrin gələcək inkişafına ciddi təsir göstərir”.(Report)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır