SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Nazirlik bizə heç bir maddi köməklik göstərmir” - Federasiya prezidenti

“Nazirlik bizə heç bir maddi köməklik göstərmir” - Federasiya prezidenti

Tarix:

19-04-2018, 11:40

/ 1 902 dəfə oxundu.
“Nazirlik bizə heç bir maddi köməklik göstərmir” - Federasiya prezidenti

Azərbaycan Alpaqut Federasiyasının sonuncu qurultayından sonra Qüdrət Nuriyev quruma yeni prezident təyin olunub. Bir müddət öncə rəhbər posta seçilən Q.Nuriyev Unikal.org-a müsahibə verib.

- Alpaqut heç də hər kəs tərəfindən tanınan, elə də məşhur olmayan idman növüdür. Təbii ki, tanıtmağa, təbliğata ehtiyac var. Bunun üçün nə etməyi düşünürsünüz və hansı yeniliklər gözlənilir?

- Təbii ki, bununla bağlı planlarımız var. İlk növbədə ölkə daxilində, bölgələrdə filiallarımızı artırmağı planlaşdırmışıq. Həmçinin gəncləri, yeniyetmələri bu idmana cəlb etmək istəyirik ki, milli ruhda böyüsünlər. Düzdür, karate, taekvondo – bu cür idmanlar Azərbaycanda daha çox məşhurdur. Bu da şərq mədəniyyətindən irəli gəlir.

Düşünürük ki, gənclərimiz bizim idman növünə nə qədər maraq göstərsələr həm milli ruhda, həm də sağlam böyüyərlər. Fikirləşirəm ki, bu baxımdan bizim federasiyanın digər idman növlərindən fərqli olaraq müsbət cəhətləri var. Bundan əlavə qeyd edim ki, Ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə mayın 12-sində Respublika kuboku təşkil edəcəyik. Yay aylarında isə bölgə yarışları keçiriləcək. Bu yarış da regionlarımızın birində baş tutacaq. Beynəlxalq səviyyəli yarışın da olacağı gözlənilir. Belə ki, Bakıda noyabrın 22-də alpaqut üzrə dünya çempionatı keçiriləcək. Yarış Dünya Alpaqut Federasiyası tərəfindən təşkil olunacaq. Biz sadəcə ev sahibi olaraq bu yarışı qəbul edəcəyik.

- Bu yarış Dünya Alpaqut Federasiyası tərəfindən təşkil olunsa da, məkanın seçilməsi, müəyyən məsələlərin həlli üçün yerli qurum da bəzi işlər görməlidir. Bunun üçün hara müraciət etmisiniz?

- Təbii ki, bunların hamısı Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmış məsələlərdir. Bizim təqvim planı nazirliyə təqdim olunarkən hesablanır, razılaşdırılır.

- Siz bu qədər işi qarşıya qoymusunuz. Bəs maliyyə məsələnizi necə təmin etməyi fikirləşirsiniz?

- Biz məsələləri öz ətramızla həll etməyə çalışırıq. Belə ki, bizim ianələrimiz var. Hansı ki, tələbələrdən, rayon filialarından yığılan ödənişlərimiz var. Təbii ki, idman komplekslərinin saxlanılması, icarələr – hər şey bu sahədə formalaşır.

- Yəqin milli komandanın üzvlərinə, məşqçilərə maaş bağlanılır? Təbii ki, bu məsələrdə onların təlim-məşqi də var...

- Biz özümüzü maliyyələşdirə bilirik. Hər bir rayonda, idman zalında keçirilən məşqlər əsasında federasiya maliyyələşir. Siz dediyiniz məsələlər bunun əsasında formalaşır. Problem yoxdur.

- Bu sadaladıqlarınızla elə də böyük gəlir əldə edilmir. Bəs Gənclər və İdman Nazirliyi və ya digər aidiyyatı qurumlar tərəfindən maliyyə məsələsi ilə bağlı köməklik göstərilir?

- Hazırda bizə nazirlikdən yalnız yarışların keçirilməsi üçün idman komplekslərinin icarəsi təmin olunur. O da illik təqvim planı əsasında. Qalan filiallarımız və digər şəbəkələrimiz öz hesabımızadır. Bizim sosial baza kimi formalaşmağımız yalnız öz vəsaitimiz hesabınadır. Gənclərimizin milli, vətənpərvər ruhda böyüməsi üçün çalışırıq. Bu da bizim vətəndaş kimi mövqeyimizdir.

- İdmançılarımızı xaricdə keçiriləcək yarışlara aparmaq planınız var?

- Təbii ki, belə yarış keçirilən kimi Azərbaycan Alpaqut Federasiyası olaraq orada təmsil olunacağıq.

- Bəs orada medal qazananlara mükafat verməyi düşünürsünüz?

- Təbii ki, orada medal qazananlara gələcəkdə federasiya olaraq mükafat verməyi düşünürük.

- Siz xaricdə yarışa gedərkən nazirlik hesabına, yəni təqvim planı əsasına yollanırsınız, yoxsa öz hesabınıza?

- Xeyr, xaricdə yarışlara getmək üçün lazımı məbləği özümüz təmin edirik. Nazirlikdən texniki təminatdan başqa heç bir maddi köməklik olunmur.

Şərhlər

XƏBƏR LENTİ