“Şam yeməyində onunla bir ailənin üzvləri kimi oturmuşduq...” - VİDEO
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayev barədə bu ölkənin Dövlət Televiziyasının çəkdiyi sənədli film üçün müsahibə verib.
İlham Əliyev Nursultan Nazarbayevi “ağsaqqal” adlandırıb və onunla münasibətlərinin çox səmimi olduğunu deyib.
“Mənə Nursultan Abışeviçlə ünsiyyətdə olmaq həmişə çox xoşdur, mən ona çox böyük hörmət bəsləyirəm. O, bizim ağsaqqalımızdır. Əlbətdə, onun atam Heydər Əliyevlə görüşlərini və söhbətlərini yaxşı xatırlayıram. Onları çox yaxın dostluq münasibətləri bağlayırdı. Əlbətdə, əsası qoyulan bu ənənə şadam ki, indi də davam edir. İnsani planda da Nursultan Abışeviçlə ünsiyyətdə olmaq çox xoşdur. Bizim Bakıda baş tutan sonuncu görüşümüzdə də, rəsmi mərasimlərdə və qeyri-rəsmi dostyana şam yeməyində də biz bir ailənin üzvləri kimi oturmuşduq”-İlham Əliyev bildirib.
Qazaxıstan Dövlət Televiziyasının çəkdiyi sənədli filmdə digər MDB prezidentlərindən də müsahibələr nəzərdə tutulur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır