Akif İslamzadədən SƏRT SÖZLƏR: “Abrını itirib, özünü qoyub ortalıqda”
İncikdir, buna görə də özünə qapanıb, mediadan uzaq gəzir, efirlərə çıxmır, tədbirlərdə görünmür. Amma hər zaman olduğu kimi bu dəfə də sözümü yerə salmadı, suallarımı cavablandırdı. Amma şərtini əvvəlcədən kəsdi: “Yazdıqlarıni mənə oxu, sonra dərc etdir”…
Xalq artisti, sevilən sənətkar Akif İslamzadənin Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Sevənləriniz sizi görmək arzusundadır, amma nədənsə, görünmürsünüz? Jurnalistlərdən də gen gəzib dolanırsız? Səbəb nədir?
– Çünki eyni sualları eşitməkdən yorulmuşam. “Ötən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdinizmi?”… Bu suala cavab verməkdən bezmişəm. Bir də görürsən verilişlərə çağırırlar. Elə bilirəm sənətdən, yaradıcılıqdan danışacaqlar. Bəlli olur ki, hansısa mətbəx verilişində yemək bişirirlər. Mən axı o yaşda, o statusda deyiləm ki, gedim mətbəxdə yemək bişirim. Buna görə də çox vaxt efirlərdən, jurnalistlərdən qaçıram. Cox vaxt fikirlərimi konteksdən çıxarırlar. Bu da mənə xoş gəlmir. Amma əlbəttə ki, verilişlərdə iştirak etmək istəyirəm. Mənim də arzumdur ki, yeni nəsil musiqiçilərlə tanış olum, onları dinləyim, birlikdə fikir mübadiləsi edək.
– Maraqlıdır, gənc müğənnilərdən kimi dinləyirsiz?
– Yol gedəndə həmişə radioya qulaq asıram: nədənsə, ürəyimin sarı siminə toxunan musiqilər eşidə bilmirəm. Amma istedadlı gənclər var.
– Adlarını çəkəsiniz bəlkə?
– İnanın ki, onların çoxunun heç adını da bilmirəm. Rastıma çıxanda, dinləyirəm.
– Bu gün kişi sənətçilərin bəziləri saçını boyayır, qaşını alır, xanım müğənnilər soyunmaqla gündəmə gəlmək istəyir. Elələrinə münasibətinizi bilmək maraqlı olardı…
– Mən xasiyyətcə rişxənd etməkdən uzaq insanam. Kimsə abrını itirib, özünü ortalıqda qoyursa, öz daxili aləmini nümayiş etdirir. Elələrindən danışımaq istəmirəm, çünki onlar üçün reklam olar. Sadəcə, o insanları görmürəm. Xəstə adamlardır, onlara baş qoşmaq lazım deyil.
– Akif bəy, efirlərə çıxmırsız, tədbirlərə getmirsiz. Darıxmırsız?
– Televizorda idman verilişlərini izləyirəm. Bir də yaxşı kitabxanam var. Köhnə yazıçıları mütaliə edirəm.
– Yeni nəsil yazarlardan kimləri oxuyursuz?
– Heç kimi. Kimi məsləhət görürsüzsə, deyərsiz oxuyaram.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək