SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Həbsdə olan iş adamının həyat yoldaşından sensasion müsahibə – “Barışdığımıza görə, işə xitam verilməlidir”

Həbsdə olan iş adamının həyat yoldaşından sensasion müsahibə – “Barışdığımıza görə, işə xitam verilməlidir”

Tarix:

25-12-2017, 18:01

/ 3 005 dəfə oxundu.
Həbsdə olan iş adamının həyat yoldaşından sensasion müsahibə – “Barışdığımıza görə, işə xitam verilməlidir”

Azərbaycanın tanınmış iş adamlarından biri artıq altı aydır ki, həbsdədir. Maraqlıdır ki, indiyə kimi bu sensasion həbs barədə KİV-lərdə heç bir məlumat dərc edilməyib. Azinforum.az bu həbs barədə təsadüfən xəbər tuta bilib. Hazırda Bakının Xəzər rayon Məhkəməsində araşdırılan bu cinayət işi maraqlı məqamlarla zəngindir. Ona görə də, bu istiqamətdə jurnalist araşdırması aparmaq qərarına gəldik.
Əvvəlcə, söhbətin hansı iş adamından getdiyinə aydınlıq gətirək. “Şahin” şirkətlər qrupunun sahibi – Hüseynli Şahin Rabil oğlu, eyni zamanda, Bakının məşhur restoranları və əyləncə məkanları kimi tanınan – “Kənd Süfrəsi” və “Kartinq” restoranlarının sahibidir.
Araşdırmamız zamanı o da məlum oldu ki, hazırda Xəzər Rayon Məhkəməsinin icraatında olan 170010317 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində onun həyat yoldaşı tanınıb. Yəni tanınmış iş adamının həbsinə ailə daxilində olan bir dava-dalaş səbəb olub. Hazırda həbsdə olan iş adamının həyat yoldaşı adının çəkilməməsi şərtilə saytımıza müsahibə verməyə razı oldu. Müsahibin istəyini nəzərə alaraq, onun adını şərti olaraq (L.Z.) kimi qeyd edəcəyik.

-Bizdə olan məlumata görə, siz tanınmış iş adamı Şahin Hüseynlinin həbsi ilə bağlı qaldırılmış cinayət işində zərəçəkən kimi tanınırsınız. Bu həqiqətənmi belədir?

Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu həbs barədə məlumatların ictimailəşməməsinin birinci səbəbkarı mən olmuşam. Çünki istintaq dövründə işi araşdıran müstəntiqə bununla bağlı xəbərdarlığımı etmişdim. İlk dəfədir ki, bu barədə sizə məlumat verirəm. Doğrudur, mən bu işdə yeganə zərərçəkən kimi tanınmışam. Ancaq məsələnin detalları tamamilə başqa cürdür. Bu heç də o anlama gəlmələidir ki, Şahin Hüseynli mənə və ya cəmiyyətə qarşı bağışlanılması mümkün olmayan bir cinayət törədib.

-Mümkündürsə, özünüzün niyə zərəçəkən kimi tanınması və Şahin Hüseynlinin həbsinə səbəb olan hadisə barədə ətraflı məlumat verin.

Bildirirəm ki, Mən Hüseynov Şahin Rabil oğlunun həyat yoldaşıyam. Bizim dini kəbinimiz var və uzun müddətdir bilikdə yaşayırıq. Biz 21.07.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak bağları”ndakı evimizdə olarkən aramızda mübahisə düşdü. Bu hər evdə olan bilən bir hadisədir. Hər ikimiz əsəbi olduğumuzdan mübahisə davaya çevrildi və Şahin mənə yüngül xəsarət yetirdi. Mən həmin vaxt hirsli olduğumdan polisə şikayət etdim .Elə düşündüm ki, bununla Şahini bir qədər sakitləşdirə bilərəm. Lakin sonradan biz barışdıq və mən şikayət ərizəmi geri götürdüm. Ancaq buna baxmayaraq, həyat yoldaşım 6 aydır ki, azadlıqdan mərhum edilib.
Mən həyat yoldaşım Şahin Hüseynlinin işi ilə bağlı hüquqşünaslar və vəkillərlə məsləhətləşmələr apardım, tərtib edilmiş ittiham aktını onlara göstərdim. Məlum oldu ki, həyat yoldaşım Şahin Hüsynliyə qarşı AR CM-nin 221.3-cü maddəsi ilə, yəni xüliqanlıqla cinayət işi başlayıblar və ona ittiham veriblər. İşin ibtidai istintaqını Xəzər rayon Polis İdarəsinin müstəntiqi Müşfiq Qocayev aparıb.

-Şahin Hüseynli ilə bağlı istintaqı həbs qəti-imkan tədbiri seçmədən aparmaq olmazdımı?

– Mənə də bu maraqlı gəlir. Çünki cinayət işi üzrə yaranmış vəziyyət bunu mümkün edirdi. Bilirsiniz ki, hazırda ölkənin hüquq sistemində dekriminallaşma ilə bağlı mühüm addımlar atılıb. Bununla bağlı hətta Prezidentin imzası ilə qanun da qəbul edilib. Həmin qanunun tələblərinə görə, məhkəmələrə mümkün qədər həbs qəti-imkan tədbirinin az seçilməsi tövsiyyə edilir. Ancaq biz nəyin şahidi oluruq? İndi mənə aydın olur ki, onun əməllərində elan olunan cinayətin tərkibi yoxdur. Hesab edirəm ki, onun əməli AR CM-nin 128-ci maddəsinə tövsis edilməli və biz barışdığımıza görə işə xitam verilməlidir. Çünki evin içərisində ər-arvadın mübahisəsi nəticəsində yetirilən xəsarət xüliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Hadisə baş verəndə evdə bizdən başqa heç kəs olmayıb, sonra Şahin mənə kömək edib, taksi çağırıb və məni xəstəxanaya aparıb.
-Bizdə olan məlumata görə, Şahin Hüseynlinin adı bundan əvvəl də hansısa qalmaqalda hallanıb və onun barəsində hətta cinayət işi də qaldırılıb. Ola bilərmi ki, məhz bu amillər onunla bağlı istinaq dövründə həbs qəti-imkan tədbirinin seçilməsinə səbəb olub?
Mən sizinlə razı deyiləm. Bilirsiniz, sizin dediyiniz həmin hadisəyə təəssüf ki, jurnalistlər bir qədər fərqli kolorit qataraq cəmiyyətə təqdim etmişdilər. Mediaya həmin məlumatı ötürənlər sanki Şahin Hüseynlidən potensial bir cinayətkar obrazını yaratmağa çalışırdılar.
Gəlin mənim həyat yoldaşımın keçdiyi həyat yoluna nəzər salaq. Baxaq görək, belə adamdan cinayətkar olarmı? Şahin Hüseynli 1972-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi qızıl medalla bitirərək BDU – nun hüquq fakultəsinə daxil olub. Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib. Şahin Hüseynli 1995 – 2005 – ci illərdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında çalışıb. 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd kimi qeydə alınıb. O, el arasında xeyriyyəçi kimi də tanınır. Şahin hətta atılmış uşaqların saxlandığı evlərdən birini öz himayəsinə götürüb. Yüzlərlə insanı işlə təmin edib. Səngərdə Vətənə qulluq edən əsgərlərə daima bayram hədiyyələri göndərib. Bir neçə şəhid ailəsinə maddi yardım göstərməyə davam edib. Qarabağ veteranlarının əməliyyatlarının xərclərini qarşılayıb. Mən həyat oldaşımın qısa portret cizgilərini sizə təqdim etdim. Özünüz nəticə çıxarın.

-Amma Şahin Hüseynlinin əvvəl hansı hadisəyə görə şərti cəza alması barədə heç nə danışmadınız…

Mənim hansısa sualdan yayınmaq fikirim yoxdur. Şahin Hüseynlini tanıyan hər kəs bilir ki, o, haqsızlıqla barışan insan deyil. Elə bu səbəbdəndir ki, 2012 – ci ildə başına gələn hadisə səbəbindən AR CM – 221.3 (xuliqanlıq) maddəsi ilə ittiham olunub və 3 il şərti cəza alıb. Belə ki, Şahin Hüseynlinin doğma bibisi oğlu, atası Rabil Hüseynovun böyüdüb boya-başa çatdırdığı Yaşar Məlikov (hazırda “Neolit” restoranının sahibidir) dayısı Rabil Hüseynovun etibarından sui-istifadə edərək, onlardan oğurladığı pullar ilə “Neolit” restoranını tikdirərək, saxta sənədlərlə öz adına keçirib. Bu haqsızlığa dözməyən Şahin Hüseynli Yaşar Məlikovanın yanına gedərək onunla danışmaq istədikdə, Yaşar Məlikov əlli nəfər idmançını Şahinin üstünə göndərib özü isə qaçmışdı. Həmin hadisədə tək olan Şahin Hüseynli özünü müdafiə məqsədi ilə avtomobilinin yük yerindən götürdüyü silah ilə havaya bir dəfə atəş açıb. Bu hadisədən dərhal sonra Şahin Hüseynli Nizami RPİ – nin əməkdaşlarına təslim olub və məsələyə Nizami Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilib.

-Hazırda iş hansı mərhələdədir və siz həyat yoldaşınızın azadlığa çıxması üçün hansı addımları atırsınız?

İş Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Mən həyat yoldaşımla barışıdığımı desəm də, onun əməlində xüliqanlıq cinayətinin tərkibi olmadığını vəkillər və iş materialları sübuit etsə də, hələlik heç bir irəliləyiş yoxdur. Əksinə, mən artıq hiss edirəm ki, onu azadlığa buraxmayacaqlar və o, öz ailəsinin yanına qayıda bilməyəcək.
Onun içəridə qalması və düzgün olmayan ittihamın verilməsindən belə çıxır ki, günahkar mənəm. Əgər mən şikayət etməsəydim, o indi azadlıqda mənim yanımda olardı. Mən bu haldan çox sarsılmışam və hətta özümə qəsd etmək həddinə çatmışam. Fürsətdən istifadə edib sizin sayt vasitəsilə mən cənab Prezidentə müraciət edirəm. Ondan artıq dərəcədə xahiş edirəm ki, bir gözü yaşlı, özünü şikayət etməkdə günahkar hesab edən qadın kimi məni başa düşsün və həyat yoldaşım Şahin Hüseynlinin azadlığa çıxaraq ailəsinin yanına qovuşması üçün köməkliyini əsirgəməsin.

-Bununla bağlı digər instansiyalara hansısa müracətləriniz olubmu?

– Bəli, cənab Prezidentə etdiyim müraciətin sürətini Azərbaycan Respublikası Birinci Vitse Prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə, Azərbaycan Respublikası baş Prakuroru Zakir Qaralova, Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubova, Bakı Şəhər Prokuroru İlqar Abbasova, Azərbaycan Respublikası Prezidentin hüquq muühafizə orqanları ilə iş və hərbi məsələləri üzrə köməkcisi və şöbə müdiri Fuad Ələsgərova, Ombutsman Elmira Süleymanovaya göndərmişəm. Həmin müraciətimdə bildirmişəm ki, yoldaşım Şahin Hüseynliyə qarşı verilən AR CM-221.3 maddəsi ilə razı deyiləm. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 23 mart 2004-cü il tarixli, 1 №-li Qərarına “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərərkətlər xuliqanlıq kimi qiymətləndirilmir” əsaslanaraq bildirmişəm ki, bu qanunsuzluğa susmayacam.

– Bizdə olan məlumata görə, Şahin Hüseynli həm də ölkə miqyasında tanınmış olan bir ailənin övladıdır. Onun ailəsi barədə ətraflı məlumat verə bilərsiniz?

– Bəli, Şahinın atası “Bakı Şərab-2” ASC-nin rəhbəridir. Ailəvi olaraq xeyiriyyəçi kimi tanınırlar. Rabil Hüseynov anadan olduğu Saatlı rayonunda bir neçə məktəb və məscid tikdirib. Onu da qeyd etmək istərdim ki, Rabil Hüseynov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsində, YAP-ın yaradılmasında müstəsna xidmətləri olan şəxslərdəndir. Ümummilli liderimiz Heydər Əliyevin yolunda fədakarlıq edən şəxs kimi Rabil Hüseynov istər Ayaz Mütəllimovun, istərsə də AXC hakimiyyəti dövründə təzyiqlərə məruz qalaraq, dəfələrlə həbs təhlükəsi ilə üzləşib, hətta bir neçə gün həbs həyatı da yaşayıb. Lakin hər dəfə dahi şəxsiyyət Heydər Əliyevin müdaxiləsi nəticəsində azadlığa çıxmış və yerinə bərpa olmuşdur. Təəssüf edirəm ki, bu qədər dövlətə sadiqliyi ilə tanınan Rabil Hüseynovun oğlu Şahin Hüseynlinin başına belə hadisələr gəlir.
Qeyd edirik ki, Hüseynli Şahinin ölkənin bir sıra iri ranqlı məmurları ilə də yaxın qohumluq əlaqələrinə malik olduğu söylənilir. Bu istiqamətdə araşdırmalarımızı davam etdirik.

Azinforum.az

Şərhlər

XƏBƏR LENTİ