SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Polis əməkdaşı zəhərlənmədən həyatını itirdi

Polis əməkdaşı zəhərlənmədən həyatını itirdi

Tarix:

25-05-2023, 10:00

/ 333 dəfə oxundu.
Polis əməkdaşı zəhərlənmədən həyatını itirdi

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Şərhlər

XƏBƏR LENTİ