Bakıda dəhşətli hadisə: 2 polis öldü, biri yaralandı – SON DƏQİQƏ
Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib. Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı “FİAT Doblo” markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib. Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?