SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Mağazalardan oğurluq edən qadın saxlanıldı

Mağazalardan oğurluq edən qadın saxlanıldı

Tarix:

3-02-2023, 16:30

/ 319 dəfə oxundu.
Mağazalardan oğurluq edən qadın saxlanıldı

 
Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.

Araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ