Qusarda mağazadan oğurluq edən şəxs saxlanıldı
Qusar rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə yanvar ayının 9-da gecə saatlarında rayonun Həzrə kəndi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal obyektə baxış keçirilib, mağazadan 200 manat pul, danışıq kartları, tütün məmulatı, spirtli içki və geyim əşyaları oğurlandığı müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək