SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qarlı havada Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

Qarlı havada Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

Tarix:

10-01-2023, 10:02

/ 322 dəfə oxundu.
Qarlı havada Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, Bakı şəhərində ötən gün 35, bu gün indiki saata qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb”, - İdarənin baş inspektoru vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ