Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb, 387 nəfər xəsarət alıb
2020-ci ildə Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 169 nəfər ölüb, 387 nəfər isə xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, 2019-cu illə müqayisədə hadisələrin sayı 109 fakt və ya 19,2 faiz azalıb: “Eyni zamanda yol qəzaları zamanı qeydə alınan ölümlərin sayı 17 nəfər (9,1 %), xəsarət alanların sayı isə 131 nəfər (25,3 %) azalıb. Bu da yol polisi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir”.
DYP sözcüsü bildirib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb daha çox manevr qaydalarının pozulmasıdır: "Qəzaların 167-sini (36,3 %) manevr qaydalarının pozulması, 125-ni (27,2%) sürət həddinin aşılması,56-nı ( 12,2 %) ara məsafəsinin pozulması, 34-nü (7,4 %) yol ayrıcını keçmə qaydalarının pozulması, 16-nı (3,5 %) piyada keçidində keçmə qaydalarının pozulması faktları təşkil edib”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...