SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda qocalar evində dəhşətli yanğın

Azərbaycanda qocalar evində dəhşətli yanğın

Tarix:

27-12-2022, 12:20

/ 405 dəfə oxundu.
Azərbaycanda qocalar evində dəhşətli yanğın

 
Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən qocalar evində güclü yanğın baş verib.

Hadisənin səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan olduğu ehtimal edilir. Qocalar evi bir müddətdir ki, fəaliyyətini dayandırıb. Bina da uzun müddətdir ki, 3 Ağdam rayon məcburi köçkün ailəsi məskunlaşıb. Hadisə zaman xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Hadisə yerinə FHN-nin Bərdə və Tərtər rayonlarının yanğından mühafizə hissəsinin  4 ədəd yanğınsöndürən maşını və 30 yaxın canlı qüvvəsi cəlb edilib, alov yanğınsöndürənlər tərəfindən tam söndürülüb. Təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Bərdə  rayon polis şöbəsinin 50 yaxın canlı qüvvəsi ərizəyə cəlb edilib. Hadisənin baş vermə səbəbi hüquq mühafizə orqanları tərəfindən aparılır.

"Unikal"

Şərhlər

XƏBƏR LENTİ