SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri olub

Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri olub

Tarix:

22-11-2022, 12:55

/ 358 dəfə oxundu.
Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri olub

 
Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, aeroport ərazisində yoxlanış zamanı çantasından tapança, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub.

Mərkəzi ofisi Omanda yerləşən “Golden Energy” şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Ş.Gedimas Bakıdan Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ