XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb
26-12-2019, 15:50

Ağsu rayonunda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.