Bakının məşhur gecə klubunda qətl- ERMƏNİ MAHNISINI SİFARİŞ VERDİ, ÖLDÜRDÜLƏR
Bakıda gecə klubunda mahnı üstündə digər müştərini öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şəlalə Mirzəyeva dindirilib.
O, gecə klubda xadimə işlədiyini deyib və davaya şahidlik etmədiyini bildirib: “Nə vuranı, nə də vurulanı görmüşəm. Mən xadiməyəm. Ancaq mətbəxdə oluram. Məni çağırdılar ki, qanı təmizləmək lazımdır. Mən də bilmədim, təmizlədim. Sonra polislər gəldi. Qanı sildiyim yerləri polislərə göstərdim. Bilmirdim ki, oranı silmək olmaz. Dedilər, sil, mən də sildim”.
Şahid suallara cavab verərkən bara əxlaqsız qadınların gətirilməsi barədə heç bir məlumatının olmadığını deyib.
Şahid Ziyad Hüseynli gecə klubunun mühafizəçisi olduğunu deyib: “İş olanda məni kluba çağırırlar. Həmin gün çöldə qapının ağzında dayanmışdım. Birdən Vüsal çölə çıxdı. Dedi ki, içəridə adam vurub. İnanmadım, içəri girib baxdım ki, bir nəfər yerdə uzanıb, hamı da başına yığışıb. Birinci müdirə zəng elədim. Sonra yaralı olan şəxsi maşına mindirib xəstəxanaya apardılar”.
Z.Hüseynli qətlə yetirilən şəxsin bara gələrkən içkili olduğunu və sonradan içki içdiyini də deyib.
Məhkəmədə məlum olub ki, şahidlər ifadə verərkən mərhumun barda oğru aləminə aid mahnı – “Dolya” mahnısını sifariş vermək istədiyini və mübahisənin də buna görə baş verdiyini deyiblər.
Təqsirləndirilən şəxs isə mərhumu vurmasını özünü müdafiə etməsi ilə izah edib: “Əlində beşbarmaq var idi. Məni söyürdü, üstümə gəldi. Məndən güclü idi. Özümü müdafiə etmək üçün vurdum. Onu öldürmək istəməmişəm”.
Məhkəmədə mərhumun atası, hüquqi varis kimi tanınan Azər Atakişiyev də suallara cavab verib.
O iddia edib ki, oğlu tək döyülməyib: “Tək vurmayıb. Onun yanında kimsə olub. Amma boynuna almır. Oğlumu arxadan vurublar. Bıçaq 8 santimetr içəri girib”.
Proses iyunun 21-də davam edəcək.
Qeyd edək ki, hadisə Nizami rayonu, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.
1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.
Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?