Bakıda orta məktəbdə valideynlər arasında DAVA
Dünən Bakıdakı məktəblərdən birində valideynlər arasında insident baş verib.
Suraxanı rayonu Abil Səfərov adlı 114 saylı orta məktəbdə tədris ilinin başa çatması ilə bağlı 3-cü sinifin valideynləri toplaşıb. Bu zaman valideynlərdən biri olan Abbasova Esmira Rəşid qızı onun övladına sataşan uşaqlardan birinə xəbərdarlıq edib və azyaşlını hədələyib.
Məktəbdəki digər valideynlərdən biri həmin uşağı himayəsində saxlayan bibisinə bu barədə dərhal xəbər verib. Uşağın bibisi tələsik məktəbə gəlib və E.Abbasova ilə dalaşaraq ona sillə vurub. Bundan sonra qadının ürəyi gedib. Çox keçmədən bu söhbət E.Abbasovanın həyat yoldaşına çatdırılıb və o da təcili məktəbə gəlib. Zərərçəkmişin yoldaşı dərhal polisə zəng edib və xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün təcili tibbi yardım çağırıb. Məktəb rəhbərliyi nə qədər çalışsa da, valideynləri barışdıra bilməyib və onlar məsələni polis bölməsində ayırd etməyə gediblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?