SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda qadın 3 övladı ilə itkin DÜŞDÜ

Azərbaycanda qadın 3 övladı ilə itkin DÜŞDÜ

Tarix:

13-03-2022, 16:00

/ 452 dəfə oxundu.
Azərbaycanda qadın 3 övladı ilə itkin DÜŞDÜ

Şəmkirdə ana və azyaşlı övladları axtarılır.

Şəhərin 20 Yanvar küçəsində evlərdən birində yaşayan 27 yaşlı  Səriyyə Məmmədova 4, 6 və 7 yaşlı övladları ilə martın 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə "Unikal"-a Səriyyə Məmmədovanın qonşusu Sabir Qarayev məlumat verib: "Martın 9-da qonşu kimi onlara baş çəkməyə getdim. Və evin qapısın açıq olduğunu gördüm. Evə daxil olanda qaz, işıq yanılı vəziyyətdə idi. Bizdə narahatıq ki, bəlkə başlarına iş gəlib. Və həya hədə qorxu gəlib aparıblar. 4 gündür bir xəbər yoxdur. Bilmirik hardadılar. Onlar evdən gedəndə heç nə götürməyiblər. Sənədlər evdədir. Polisə də məlumat vermişik."

Sabir Qarayevin sözlərinə görə, Səriyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının keçmiş həyat yoldaşı ruhi xəstəliklər dispanserində müalicə alır.  Deyilənə görə, ordan qaçıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12 -i rəsmi məlumat daxil olub: "Hazırda itki düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tez bir zamanda həmin şəxslər tapıldıqda ictimaətə əlavə məlumat veriləcək".

Şərhlər

XƏBƏR LENTİ