SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda ərəblərin evinə qonaq gedən qız döyüldü

Bakıda ərəblərin evinə qonaq gedən qız döyüldü

Tarix:

2-02-2022, 11:15

/ 374 dəfə oxundu.
Bakıda ərəblərin evinə qonaq gedən qız döyüldü

Bakıda gənc qız əcnəbilərin hücumuna məruz qalıb.

Xalqxeber.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü L.Əliyeva ərəblərin (2 nəfər) hücumuna məruz qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.

L.Əliyeva bildirib ki, hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər. Hadisənin təfərrüatı araşdırılır.

Bakıda ərəblərin evinə qonaq gedən qız döyüldü

Şərhlər

XƏBƏR LENTİ